Dostu Hazal Kaya haqqında nələr danışdı? –  “Üç qutu pizzanı  birdən yeyir”
15 may 2023 12:49 (UTC +04:00)

Dostu Hazal Kaya haqqında nələr danışdı? – “Üç qutu pizzanı birdən yeyir”

Aktyor Enis Arıkan yaxın dostu, məşhur aktrisa Hazal Kaya haqqında maraqlı açıqlama verib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o çox yeməsinə baxmayaraq, Hazalın kilosunu necə qoruduğuna heyrətləndiyini bildirib.

“Bir dəfə film çəkilişi zamanı nəyəsə çox əsəbiləşmişdi. Filmdə çəkilən son səhnə nahar süfrəsi səhnəsiydi. O masa başında yemək yeyib qalxdı. Lakin rejissorun bir kəlməsinə əsəbiləşdi. Məndən xahiş etdi ki, ona yemək alım.

Dörd pizza sifariş verdim. Düşündüm ki, birini o yeyər, birini mən, yanımızdakı insanlarla da paylaşarıq. Pizza gələn kimi Hazal hamısını qarşısına çəkdi. 3 qutu, böyük ölçülü pizzanı bir nəfəsə yedi. Mən heyrət içində qalmışdım. Bir qutunu əlindən zorla ala bildim. Halının pisləşəcəyindən qorxdum”.
 

# 2349
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar