ƏIəkbər Yasamallı
04 yanvar 2023 11:48 (UTC +04:00)

ƏIəkbər Yasamallı

Ələkbər Yasamallı haqqında yazılanlara görə OD PÜSKÜRDÜ

Son günlər sosial şəbəkələrdə Almaniyadan müalicədən qayıdan məşhur meyxanaçı Ələkbər Yasamallının vəziyyətinin ağır olduğu barədə məlumatlar yayılıb.

Lent.az xəbər verir ki, məsələ ilə bağlı ƏIəkbər Yasamallı "instagram" səhifəsində paylaşım edib.

O, haqqında yayılan məlumatların yalan olduğunu bildirib.

Onun sözləırinə görə, bütün bunların hamısı reytinq naminə edilib:

“Şükür Allaha ki, Azərbaycandayam. Heç bir problem yoxdur. Hər şey şükürlər olsun yaxşıdır. Bu postu paylaşmaqda məqsədim odur ki, bütün doğmalarım, yaxınlarım, məni sevənlər, mənə dəyər verənlər bilsinlər ki, hər şey yaxşıdır. Narahatçılığa heç bir səbəb yoxdur, hər şey qaydasındadır. Yalan şayiələrdir sadəcə. O yalan məlumat paylaşan şəxslər də düşüncəsiz insanlardır. İnsan gərək addım atanda fikirləşsin ki, hansısa bir səhifə admini yalan məlumat paylaşır. Mənim yaxınlarım, doğmalarım narahat olur. Hansısa bir yalan məlumata görə pis olur nigaran qalırlar. Reytinq xatirinə belə şeylər etmək olmaz. Yalan məlumat paylaşan səhifə adminlərindən tələb edirəm ki, haqqımda paylaşılan bütün yalan məlumatları silsinlər. Yenə də öz doğmalarıma yaxınlarıma məni sevənlərə deyirəm ki, hər şey yaxşıdır. Heç bir narahatçılığa səbəb yoxdur. Bakıdayam. Allah hər kəsə xoş günlər nəsib eləsin. Var olun. Sağ olun”.

# 3855
avatar

Arzu Qurbanlı

Oxşar yazılar