Elza Seyidcahan:  “Özümü onlara qurban verdim”
03 sentyabr 2022 13:14 (UTC +04:00)

Elza Seyidcahan: “Özümü onlara qurban verdim”

“Həyatımı, gözəl yaşam tərzimi, özümü hər kəsə qurban  verdim”.  

Lent.az-ın məlumatına görə bu fikirləri Əməkdar artist  Elza Seyidcahan “Xəbər-ətər” proqramında səsləndirib.

 Müğənni  ailəsinin sənətə  görə dağılması barədə səsləndirilən fikirlərə cavab olaraq bildirib ki, o, ailəsini sənətinə qurban etməyib:

"Yox, heç nəyi qurban vermədim. Heç vaxt sənətimə nəyisə qurban verməmişəm. Sənətimə də, ailəmə də, qohumlarıma da diqqət ayrımışam. İnsanlara görə özümü qurban verdim, amma dəyməzmiş. Yaşayışımı, balalarımın rahatçılğını, yaxşı şəraitini insanlara görə qurban verdim. Kiminsə problemi olub məni narahat edib”.

# 5250
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar