Əməliyyat olunan Afaq Gəncəlinin SON DURUMU
14 mart 2023 14:25 (UTC +04:00)

Əməliyyat olunan Afaq Gəncəlinin SON DURUMU

Tanınmış aparıcı Afaq Gəncəli əməliyyat olunub. Sağlamlığında problem yaranan aparıcının əməliyyatı uğurla keçib. 

Lent.az-ın əməkdaşı A.Gəncəli ilə əlaqə saxlamağa çalışıb. O, ətraflı danışa bilməyəcəyini bildirsə də, hazırda vəziyyətinin normal olduğunu deyib:

"Heç kimə açıqlama verməyə halım yoxdur. Hər şey yaxşı keçdi. Özümü normal hiss edirəm".

Xatırladaq ki, bundan əvvəl aparıcı Hacı Nuran Afaq Gəncəlinin ürəyində böyük bir dərdinin olduğunu, sağlamlığında yaranan problemə görə işinə ara verəcəyi barədə məlumat yaymışdı. 

Bu gün səhər isə Afaq Gəncəlinin həmkarı Tural Əsədov “Səhər mərkəzi” proqramında "Afaq dünən əməliyyat keçirdi, bu gün evə gedəcək", - deyib.

# 3111
avatar

Nigar Namiq

Oxşar yazılar