Filipp Kirkorov yenidən əməliyyat  etdirir –  “Sensasiya olacaq”
30 may 2023 16:59 (UTC +04:00)

Filipp Kirkorov yenidən əməliyyat etdirir – “Sensasiya olacaq”

Rusiyanın pop kralı Filipp Kirkorov yenidən plastik əməliyyat olunacağını bildirib.

Lent.az-ın məlumatına görə, yaxın günlərdə imicini dəyişən və plastik əməliyyatdan çıxan 57 yaşlı ulduzun dayanmaq fikri yoxdur. O, həkimi ilə birlikdə şəkil paylaşaraq, görünüşündə estetik əməliyyat vasitəsilə bu günə qədər görünməmiş bir sensasiya etdirəcəyini desə də, konkret  hansı əməliyyata girəcəyini söyləməyib.

“Hər şey qabaqdadır. Sensasiya olacaq”, -  o bildirib.

Qeyd edək ki, Filipp Kirkorov bu yaxınlarda estetik əməliyyatla yanbızlarını böyütdürmüşdü.


 

# 2526
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar