“Getsin başına dua yazdırsın”  - Xalq artistindən Elza Seyidcahana cavab
28 may 2022 14:50 (UTC +04:00)

“Getsin başına dua yazdırsın” - Xalq artistindən Elza Seyidcahana cavab

Əməkdar artist Elza Seyidcahan yenidən isti açıqlamaları ilə gündəm olub.

Lent.az xəbər verib ki, Xalq artisti Ramiz Məlik sosial şəbəkə hesabında  onun haqqında  “Xoşqədəm, bu dəli sənin verilişinə lazımdırmı?” şərhini yazıb.

Ramiz Məlikin bu şərhinə cavab olaraq,  bəstəkar xanımın açıqlamasında onu “Yaramaz dəlik” adlandırıb.

"O, "Yaramaz dəlik"lər hələ də bilmirlər ki, hər bir dahidə, bir balaca dəlilik olur?!".

Elza Seyidcahanın sözlərinə qarşılıq verən Ramiz Məlik Lent.az-a bildirib ki, Elza Seyidcahana baş qoşmaq istəmir:

“Getsin başına dua yazdırsın. Özünü dəliliyə qoyub, efirdə camaatdan pul yığır. Baxın onun hərəkətlərinə. Mən belə şeyləri düzgün hesab eləmirəm, onu tənqid eləmişəm, yenə də edəcəm”

# 4548
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar