Gülüstan Əliyeva ƏRƏ GEDİR?  - AÇIQLAMA
17 yanvar 2023 15:10 (UTC +04:00)

Gülüstan Əliyeva ƏRƏ GEDİR? - AÇIQLAMA

Əməkdar artist Gülüstan Əliyevanın sosial şəbəkədə bir gənclə foto paylaşması müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, müğənni Emin adlı gənclə paylaşımın altına “Sevilmək sevməkdən gözəldir, öyrəndim…” sözlərini yazıb.

İzləyicilər paylaşımdan sonra onun ailə qurduğunu zənn ediblər.

Bununla bağlı Gülüstan xanım Lent.az-a açıqlamasında deyib ki, sadəcə klip çəkilişidir və yanlış anlaşılma olub:

"O fotonu klip təqdimatına görə paylaşmışam. Ay Allah, nə qədər yazırlar, soruşurlar... İşimiz var da (gülür). İnanırsınız ki, heç o modeli tanımıram. Sadəcə klip çəkilişində yan-yana gəlmişik. O oğlan oğlum yaşındadır, heç mənə yaraşar?".

Fotonu təqdim edirik:

# 4242
avatar

Nigar Namiq

Oxşar yazılar