Haluk Bilgineri sevənlərə ŞAD XƏBƏR
14 mart 2023 15:25 (UTC +04:00)

Haluk Bilgineri sevənlərə ŞAD XƏBƏR

Martın 13-ü axşam səhnədə çıxış edən zaman halı pisləşən Türkiyənin məşhur teatr və kino aktyoru Haluk Bilginer xəstəxanadan evə buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə ilk məlumatı sənətçinin sahibi olduğu "Oyun Atolyesi" teatrı yayıb. 

Bildirilir ki, Haluk Bilginerin təzyiqi stabildir və ümumi vəziyyəti yaxşıdır.

Xatırladaq ki, ustad aktyorun dünən axşam Kadıköy Caddebostan Mədəniyyət Mərkəzində "Kundakçı" tamaşasını səhnələşdirərkən vəziyyəti pisləşib. Tamaşaçılar arasında olan həkim aktyora ilk yardımı göstərib. 

Qeyd edək ki, 68 yaşlı Haluk Bilginerİ təcili tibbi yardım maşını ilə Acıbadem xəstəxanasına aparmışdılar.

# 2706
avatar

Nigar Namiq

Oxşar yazılar