İki dəfə boşanan aktyordan etiraf:  "Övladlarım  yumorla   yanaşır"
02 oktyabr 2026 18:55 (UTC +04:00)

İki dəfə boşanan aktyordan etiraf: "Övladlarım yumorla yanaşır"

0

Aktyor Ben Afflek iki boşanmasından sonra münasibətlərlə bağlı övladlarına məsləhət verməsinin ailədə zarafata çevrildiyini etiraf edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Ben Afflek bildirib ki, həyat təcrübəsinə əsaslanaraq zaman-zaman övladlarına münasibətlər barədə məsləhətlər verməyə çalışır. Lakin onun bu cəhdləri həmişə ciddi qarşılanmır.

Aktyor xüsusilə 17 yaşlı oğlunun bir dəfə ona verdiyi cavabı xatırlayıb.

“Münasibətlər haqqında nəsə danışmağa başladım. Oğlum mənə tərəf dönüb dedi: "Sən də münasibətlər üzrə ekspertsən?" İndi onlarla bu mövzuda danışmağa çalışanda hamısı gözlərini döndərir. Bir-birlərinə necə baxdıqlarını görürəm və başa düşürəm ki, bu hekayələrdə gülməli vəziyyətə düşən mənəm”, – Afflek zarafatla deyib.

Aktyorun sözlərinə görə, övladları onun şəxsi həyatındakı təcrübələri nəzərə alaraq münasibətlər mövzusundakı məsləhətlərinə yumorla yanaşırlar.

Ben Afflek Cennifer Qarnerlə 2005-ci ildə ailə qurub və cütlüyün üç övladı dünyaya gəlib. Onların nikahına 2018-ci ildə rəsmi şəkildə son qoyulub.

Ben Afflek 2022-ci ildə isə illər sonra münasibətini bərpa etdiyi Cennifer Lopeslə evlənib. Lakin bu evlilik də uzun çəkməyib. Lopes 2024-cü ilin yayında boşanmaq üçün müraciət edib, cütlüyün nikahı 2025-ci ilin əvvəlində rəsmi şəkildə başa çatıb.

Beləliklə, aktyor iki uğursuz evlilikdən sonra şəxsi həyatına artıq daha çox yumorla yanaşdığını gizlətməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar