İradə həyat yoldaşını belə təbrik etdi - FOTO
10 avqust 2022 10:58 (UTC +04:00)

İradə həyat yoldaşını belə təbrik etdi - FOTO

Tanınmış müğənni İradə İbrahimova həyat yoldaşı ilə bağlı romantik paylaşım edib.

Lent.az xəbər verir ki, Türkiyədə yaşayan ifaçı bu gün doğum gününü qeyd edən həyat yoldaşı Ceyhun İzerə ürək sözlərini "Instagram" hesabında paylaşıb:

"Hər dəfə dönüb geriyə baxdıqda Allahın münasibətimizi yönləndirdiyini, bizi bir araya gətirdiyini açıq-aydın görə bilirəm. Allaha, yoluma sənin kimi bir insanı çıxardığı üçün minnətdaram. Birlikdə bizi biri-birimizə bağlayan ürəkağrısı da yaşadıq, qəhqəhəylə də güldük. Amma nə zaman içim sıxılsa, azca hüzur axtarsam, həmin an özümü sənin yanına park edirəm. Bir bütün olaraq baxdığımda həyatım səninlə, övladlarımla, yuvamla doldu. Allah iki şeyi bizdən ayırmasın. Bərabər duran diş fırçalarımızı və ürəkdən gələn hüzurlu dua və şükürlərimizi".

Xatırladaq ki, İradə İbrahimova 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Bu nikahdan onların İpek adlı bir qızı, Əli adlı bir oğlu var.

# 4179
avatar

Nigar Namiq

Oxşar yazılar