İrem Derici
25 noyabr 2022 16:28 (UTC +04:00)

İrem Derici

İrem Derici küçənin ortasında ƏSƏBİLƏŞDİ: "Sözümü kəsmə!"

Sonuncu dəfə “Amerikaya gedəndə bəlkə kişilərlə tanış olaram deyə, proqram yükləmişəm” etirafı ilə müzakirələrə səbəb olan müğənni İrem Derici ötən gün kameralara tuş gəlib.

Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, küçədə jurnalistlərin suallarına cavab verən ifaçı ona mane olan uşaqlara qəzəblənib. O, “çox yorğunam. Yeni klipimin çəkilişlərindən çıxdım. Hər şey çox yaxşı gedir. Klip çəkilişləri bitdi, indi montaja gedir və rənglənmə işləri gedəcək”, - deyə, bildirib. 

Bu an küçədəki uşaqlardan birinin “Səni tanıyıram” – deyib, İremin müsahibəsini bölməsi onu yamanca əsəbiləşdirib. İrem dərhal buna reaksiya olaraq, “Sözümü kəsmə! Burada müsahibə verirəm. Nə isə, sonra görüşərik”, -  deyib maşınına əyləşərək, gedib.

# 3888
avatar

Nigar Namiq

Oxşar yazılar