İtkin düşən müğənni  ölü tapıldı
01 sentyabr 2022 17:43 (UTC +04:00)

İtkin düşən müğənni ölü tapıldı

İtkin düşən 32 yaşlı səyyah-müğənni Lyuk Bell ölü tapılıb. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, musiqiçi avqustun 20-də itkin düşüb.

Məlum olub ki, o, yoxa çıxmazdan əvvəl Amerikanın Arizona ştatını gəzib. Bell bir həftə sonra ölü tapılıb. 

İfaçının ölüm səbəbi dəqiq bilinmir. Lakin onun bipolyar pozğunluqdan əziyyət çəkdiyi qeyd edilir.

Qeyd edək ki, 1990-cı ildə Kentukki ştatının Leksinqton şəhərində anadan olan Lyuk Bell karyerası ərzində üç albom buraxıb. 

# 3558
avatar

Nigar Namiq

Oxşar yazılar