"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi
07 oktyabr 2022 10:48 (UTC +04:00)

"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi

Türkiyənin ən məşhur serialından olan "Kurtlar Vadisi"ndə "iplikçi Nedim" obrazı ilə tanınan İsmail İncekara 72 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bu gün səhər saatlarında haqqın rəhmətinə qovuşan, "aman caniim" replikası ilə yəhudi iş adamı obrazına həyat verən aktyor sevənlərini hüznə boğub. 

O, 1950-ci ildə Bursada dünyaya gələn İsmail Ankara Dövlət Konservatoriyasında təhsil alıb. Əvvəlcə Ankara, daha sonra İstanbul Dövlət Teatrında çalışıb. 

Qeyd edək ki, özünü sinemada, televiziyada və dublyajda sınayıb. "Dar Alanda Kısa Paslaşmalar", "Dünyayı Kurtaran Adamın Oğlu" ekran işlərində, "Kurtlar Vadisi", "Deli Yürek", "Hayat Bağları" kimi seriallarda yaddaqalan rollar yaradıb. 
 

# 3195
avatar

Nigar Namiq

Oxşar yazılar