“Leyla ile Mecnun”un ilk Leylası illər sonra ortaya çıxdı
28 sentyabr 2026 10:35 (UTC +04:00)

“Leyla ile Mecnun”un ilk Leylası illər sonra ortaya çıxdı

0

Türkiyə televiziyalarının unudulmaz ekran işlərindən olan “Leyla ile Mecnun” serialında ilk Leyla obrazını canlandıran Ezgi Asaroğlu uzun fasilədən sonra yenidən diqqət mərkəzinə düşüb.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 39 yaşlı aktrisanın son fotoları sosial şəbəkələrdə maraqla qarşılanıb. Asaroğlunu serialdakı Leyla Yılmaz obrazı ilə xatırlayan tamaşaçılar onun illər sonrakı görünüşünə xüsusi maraq göstəriblər.

Ezgi Asaroğlu 1987-ci il iyunun 18-də anadan olub. O, aktyorluğa başlamazdan əvvəl İstanbul Universitetinin Ədəbiyyat fakültəsində təhsil alıb. Kamera qarşısında ilk təcrübəsini “Bir dilim aşk” serialında qazanan aktrisanın karyerasında əsas dönüş nöqtələrindən biri 2011-ci ildə “Leyla ile Mecnun” layihəsinə qoşulması olub.

Burak Aksakın ssenarisini yazdığı, Onur Ünlünün rejissorluq etdiyi serialda Ezgi Asaroğlu Ali Atayın canlandırdığı Mecnunun sevgilisi Leyla Yılmaz rolunda çıxış edib. Aktrisa qısa müddətdə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Lakin onun “Leyla ile Mecnun” macərası uzun çəkməyib. 2011-ci ilin sentyabrında çəkiliş meydançasında yaşanan hadisədən sonra Ezgi Asaroğlu serialdan ayrılıb. Türkiyə mediasında yayılan məlumatlara görə, aktrisa rol yoldaşı Ushan Çakırın fiziki hücumuna məruz qalıb.

Hadisədən sonra layihənin istehsalçısı Eflatun Film Ushan Çakırla müqaviləni ləğv edib. Çakır daha sonra verdiyi açıqlamada qəzəbini bir anlıq idarə edə bilmədiyini bildirərək üzr istəyib. Aktrisa bu gün də bir çox tamaşaçının yaddaşında “Leyla ile Mecnun”un ilk Leylası kimi qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 90

Oxşar yazılar