LGBT-ni dəstəklədiyi üçün konserti  LƏĞV OLUNDU
19 sentyabr 2022 18:07 (UTC +04:00)

LGBT-ni dəstəklədiyi üçün konserti LƏĞV OLUNDU

Aleyna Tilkinin konserti ləğv olunub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Osmancık bələdiyyəsi Aleyna Tilkinin LGBT-ni dəstəkləyən tvitlərini əsas gətirərək sentyabrın 24-dəki konsertini ləğv edib.

Osmancık bələdiyyəsindən verilən açıqlamada bu ifadələr yer alıb:

"Bələdiyyəmizin Osmancık Düyünü tanıtmaq üçün təşkil etdiyi 2022 Almaz Düyü Mədəniyyət və İncəsənət Festivalı sentyabrın 16-25-də mədəniyyət və incəsənət fəaliyyətləri, idman fəaliyyətləri, yerli tədbirlər, yarmarkalar və milli konsertlərlə keçiriləcək. Gənclərimizin təklifi ilə müğənni Aleyna Tilki Gənclər konsertinə dəvət olunub. Osmancık sənətinə və sənətçiyə böyük dəyər verir. Ancaq müğənni Aleyna Tilkinin sosial hesabında etdiyi paylaşım səbəbi ilə onun konsertini ləğv edirik”. 


 

# 3918
avatar

Oxşar yazılar