Manaf Ağayev:  "Aşıq Zülfiyyə ilə yol gedib həyatıma nifrət etdim" - VİDEO
23 noyabr 2022 11:23 (UTC +04:00)

Manaf Ağayev: "Aşıq Zülfiyyə ilə yol gedib həyatıma nifrət etdim" - VİDEO

Müğənni Manaf Ağayev qalmaqallı açıqlama verib.

Lent.az xəbər verir ki, o, "Günün sədası" verilişində qonaq olarkən Aşıq Zülfiyyədən danışıb. İfaçı Z. İbadovanın avtomobili çox sürətlə sürdüyünü və təhlükəli anlar yaşadığını deyib:

"Avtomobillə oynamaq olmaz. Rayona gedəndə sürücü radarın olmadığını bilib yüksək sürətlə sürəndə deyirəm ki, sürəti azalt. Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm. Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət etmişəm. Zülfiyyə xanım avtomobili 200 sürətlə sürürdü. Onda da biz toya gecikmişdik. Avtomobil “mən ölüm, sən ölüm”ə baxmır. Bir saniyə içində hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır. O gedişlə bu gedişin arasında on dəqiqə vaxt var”.

Ətraflı videoda:

Manaf Ağayev aşıq Zülfiyyənin sürətlə maşın sürməsini pisləyib

# 5511
avatar

Nigar Namiq

Oxşar yazılar