Manaf Ağayev qızıl diş qoyanları "düşük"  adlandırdı - VİDEO
22 fevral 2023 12:34 (UTC +04:00)

Manaf Ağayev qızıl diş qoyanları "düşük" adlandırdı - VİDEO

"Toylar kralı" titulu ilə tanınan müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, "Səhər mərkəzi" proqramında qızıl diş qoydurmağın dəb olmasını lağa qoyub:

"Vaxt var idi ki, düşük-düşük gedib sağlam dişimizi çıxardıb, qızıl diş qoyurduq. Ağlımız kəsmirdi də. O zaman dəb idi. Bir dəfə efirdə İzzət Bağırovun arxiv görüntülərini göstərdilər. O kadrlarda İzzət böyük pencək geyinmişdi. Dedim ki, gör, İzzət bu gündədirsə, biz nə gündə olmuşuq?”.

Videonu təqdim edirik:

Manaf Ağayevin müzakirələrə səbəb olacaq açıqlaması

# 7986
avatar

Nigar Namiq

Oxşar yazılar