Mayolu fotolarından utanan sənətçi idmana başladı - FOTO
28 iyul 2022 17:36 (UTC +04:00)

Mayolu fotolarından utanan sənətçi idmana başladı - FOTO

"Yasak elma" serialının "Yıldız"ı, aktrisa Eda Ece idmana başlayıb.

Lent.az xəbər verir ki, onun basketbolçu sevgilisi ilə çıxdığı tətildə mayolu fotoları xeyli müzakirə olub.

Bundan sonra, aktrisa artıq çəkilərindən qurtulmaq qərarına gəlib. 

İdmana başlayan Eda "Instagram" hesabında paylaşdığı fotonun altına ironik şərh yazıb:

"İdman üçün oyanmışam. İnsanlar dəyişə bilər. Onsuz da Mars planeti Qoç bürcündədir. Sevvməsəm də, bacara bilərəm. Qəzetdəki antilopa inanmayın".

Qeyd edək ki, Eda Ece "Beni böyle sev", "Mahrumlar" seriallarında, "Kızım için", "Deliha 2" kimi bir çox məşhur filmlərdə obrazlar yaradıb. 

# 3675
avatar

Nigar Namiq

Oxşar yazılar