Menecerini zorlayan müğənni məhkəməyə verildi
12 may 2023 12:46 (UTC +04:00)

Menecerini zorlayan müğənni məhkəməyə verildi

Amerikalı kantri musiqi ifaçısı Cimmi Allenin keçmiş meneceri onu məhkəməyə verib.

Lent.az-ın məlumatına  görə, qadın müğənninin ona hücum etdiyini və zorladığını bildirib. Müğənninin menecerinə qarşı seksual təcavüzü 18 ay davam edib.

“O mənim bəkarətimi pozub. Hamilə qalmayım deyə müxtəlif dərmanlar içməyə məcbur edirdi. Demək olar ki, iflic olmuşdum”, - deyə qadın məhkəmədə bildirib.

Müğənni onunla aralarında seksual münasibətlərin olduğunu etiraf etsə də, bunun qarşılıqlı istək əsasında baş tutduğunu bildirib.

# 3033
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar