Merve Boluğur hansı kişilərə nifrət edir?
16 may 2023 11:20 (UTC +04:00)

Merve Boluğur hansı kişilərə nifrət edir?

“Möhteşem yüz yıl” serialı ilə məşhurlaşan aktrisa Merve Boluğur son iller karyerasındakı boşluqları ucuz maqazin xəbərləri ilə doldurmağa çalışır.

Lent.az-ın xəbərinə görə, aktrisalıqla yanaşı, müğənni kimi fəaliyyətə başlayan Boluğur 4 milyon izləyicisi olan "Instagram" səhifəsindən canlı yayıma çıxaraq, izləyicilərinin suallarını cavablandırıb.

İki dəfə evlənib boşanan aktrisa qadın enerjisinə malik olan kişilərdən nifrət etdiyini bildirib.

“Kişi qadına sahiblənməli, problemləri həll etməyi bacarmalıdır. Məsələn, ayağımı yaralamışam mənə soruşmadan gedib dərman alıb gətirsin. Bu məni cəzb edir. Qadın kimi davranan, düşünən kişilərdən nifrət edirəm, dərhal uzaqlaşıram”, - deyə aktrisa bildirib.

Merve 2015-2017-ci illərdə müğənni Murad Dalkılıc, 2022-ci ildə isə musiqiçi Mert Aydın ilə evli olub.

# 1989
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar