Məşhur aktrisa əri ilə eyni serialda çəkilir -  FOTO
12 avqust 2022 09:54 (UTC +04:00)

Məşhur aktrisa əri ilə eyni serialda çəkilir - FOTO

Türkiyənin məşhur aktrisası Neslihan Atagül həyat yoldaşı Kadir Doğulu ilə birlikdə seriala çəkilir.

Lent.az xəbər verir ki, tezliklə hazır olacaq serialdan yeni foto sosial şəbəkələrdə yayılıb. 

Baş rollarında Neslihanla Kadirin oynadığı serialın adı "Gecenin ucunda"dır.

Ekran işinin mövzusu da ictimaiyyətə təqdim olunub. Belə ki, Macide adlı qadın iş həyatında uğursuz olub başqalarını xoşbəxt etməyə çalışan, çıxdığı çətin yolda əsl sevgisini tapdığı zaman başına gələnləri tamaşaçıların gözləri önünə gətirəcək. 

Qeyd edək ki, serialın ssenari müəllifləri Başar Başaran və Emre Özdür, rejissor isə Barış Erçetindir.

# 3039
avatar

Nigar Namiq

Oxşar yazılar