Türkiyəli aktrisa Nilperi Şahinkaya həyatının şokunu yaşayıb.
Lent.az xəbər verir ki, sevgilisi Emre Yusufi ilə tətilə getdiyi Kann şəhərində kirayələdikləri evə oğru girib.
Belə ki, oğru evdən xeyli pul və pasportunun olduğu çantanı aparıb. Cütlük Marsel Konsulluğuna şikayət edib.
Aktrisa Nilperi buna baxmayaraq deyib ki, sevgilisi ilə tətillərini yarıda kəsməyəcək, bir neçə gündən sonra İstanbula geri dönəcəklər.
Nilperi Şahinkaya və Emre Yusufi