Məşhur aktrisanın paltarının qiyməti GÜNDƏM OLDU
20 yanvar 2023 18:06 (UTC +04:00)

Məşhur aktrisanın paltarının qiyməti GÜNDƏM OLDU

Maraqla gözlənilən "Şahmaran" serialının qala gecəsi keçirilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gecədə ekran işinin baş rolları Serenay Sarıkaya, Burak Deniz və Mert Ramazan Demir iştirak edib.

“Netflix" platformasında yayımlanan layihənin ulduzları qara rəngli stilləri ilə tədbirə damğa vurublar.

Gözəl aktrisa Serenay Sarıkayanın gecəyə geyindiyi libasın qiyməti isə dodaq uçuqladıb. Belə ki, o, qala gecəsinə 124 min TL (təxminən 11 min 200 manat) dəyərində xüsusi dizaynlı libası ilə qatılıb.

# 3855
avatar

Fidan İlqar

Oxşar yazılar