Məşhur aktyor basqında iştirak üçün HƏBS EDİLDİ
09 iyun 2023 09:42 (UTC +04:00)

Məşhur aktyor basqında iştirak üçün HƏBS EDİLDİ

Məşhur aktyor Cey Conston 2021-ci ildə yanvarın 6-da Donald Trampın uduzduğu prezident seçkilərindən sonra Kapitoliyə basqında iştirak etdiyi aşkar edildikdən sonra həbs edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Conston rol aldığı televiziya şousundan qovulub.

"Bob's Burgers" və "Həbs edilmiş İnkişaf" serialları ilə tanınan amerikalı aktyor Cey Conston Vaşinqton Kapitoluna basqında iştirak etdiyi üçün həbs edilib.

Kaliforniyada həbs edilən 54 yaşlı aktyor bəzi qeyri-qanuni cinayətlərdə, habelə vətəndaş iğtişaşları zamanı asayişin mühafizəsinə ciddi şəkildə mane olmaqda ittiham olunub.

Cey Conston iğtişaşçıların internetdə yayılan fotolarından tanınıb. Basqına qatıldığı müəyyənləşən məşhur aktyor rol aldığı serialdan da qovulub. Məhkəmə sənədlərinə görə, Cey Constonun oğurlanmış polis qalxanından da istifadə etdiyi məlum olub.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da ABŞ prezidenti Donald Trampın tərəfdarları 2020-ci ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə etiraz etmək üçün Vaşinqtonda toplaşıblar.

Etirazçılar “Amerikanı xilas et” aksiyasına toplaşıblar. Sonra konqres binasına basqın olub. Etirazçılar mühafizəni yarıb binaya daxil ola biliblər.

# 1911
avatar

Fidan İlqar

Oxşar yazılar

Aktyordan xanımına söz atan  müxbirə mükəmməl cavab

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

25 aprel 2024 , 17:50
Hollivud filmləri  tamaşaçıları aldatdığına görə tənqid edildi

Hollivud filmləri tamaşaçıları aldatdığına görə tənqid edildi

25 aprel 2024 , 13:48
“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

25 aprel 2024 , 12:31
Şəbnəm Tapdıq alman sevgilisindən  danışdı

Şəbnəm Tapdıq alman sevgilisindən danışdı

25 aprel 2024 , 10:52
Məşhur aktyor Hollivuda  qayıtmayacağını   bildirdi

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

24 aprel 2024 , 20:49
Gənc reperə ölüm hökmü  verildi

Gənc reperə ölüm hökmü verildi

24 aprel 2024 , 18:01
Qocalar evində qalan Alen Delonun son fotosu

Qocalar evində qalan Alen Delonun son fotosu

24 aprel 2024 , 16:33
Bahar həmkarına QARĞIŞ ETDİ

Bahar həmkarına QARĞIŞ ETDİ

24 aprel 2024 , 15:49