Məşhur aktyor Klintonun köməkçisi ilə  SEVİŞİR
13 iyul 2022 18:12 (UTC +04:00)

Məşhur aktyor Klintonun köməkçisi ilə SEVİŞİR

Hollivud aktyoru Bredli Kuper ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun köməkçisi Huma Abedinlə görüşür. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük artıq bir neçə aydır  münasibətdədir. Media yazır ki, 47 yaşlı sənətçi  Bredli Kuper və 45 yaşlı Abedin çox diqqət çəkməmək üçün mayın 2-də Nyu-Yorkda keçirilən tədbirdə ayrı-ayrı iştirak ediblər.

Klintonun köməkçisi keçmiş konqresmen Entoni Vaynerlə evli olub. Cütlüyün bir oğlu var. 

Xatırladaq ki, Kuper dörd il rusiyalı model İrina Şeyklə birlikdə olub. Onların bir qızı var, ona birgə qəyyumluq edirlər. Bundan sonra Şeyk amerikalı reper Kanye Uestlə münasibət qursa da, o da uğursuz alınıb.

# 2514
avatar

Oxşar yazılar