Məşhur aktyordan evlənmək barədə suala cavab: İmzanın nə önəmi var?
04 may 2023 11:49 (UTC +04:00)

Məşhur aktyordan evlənmək barədə suala cavab: İmzanın nə önəmi var?

Azərbaycanlı tamaşaçıların seriallardan yaxşı tanıdığı türk aktyor Kaan Taşaner İstanbulun Bebek rayonunda sevgilisi ilə əl - ələ paparazzilərə yaxalanıb.

Lent.az-ın xəbərinə görə, Seray Dura ilə əl-ələ görüntülənən aktyor evlilik barədə suallara maraqlı cavab verib.

“Biz evlilik təklifi mərhələsini çoxdan aşmışıq. İmzanın nə önəmi var? Çox ehtiyac yaranarsa, evlənərik”,- deyə o bildirib.

# 1896
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar