Məşhur aktyorun qızı  mərhum atası haqda   görün nə dedi?
27 fevral 2023 16:45 (UTC +04:00)

Məşhur aktyorun qızı mərhum atası haqda görün nə dedi?

Mərhum aktyor Ferhan Şensoyun qızı Derya Şensoy atasının anım günündə onunla birlikdə çəkdirdiyi şəkillərini paylaşaraq,  hüznünü kədərli kəlmələrlə ifadə edib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ürək-damar xəstəliyi və nəfəs çatışmazlığı səbəbilə ötən il 70 yaşında həyatını itirən aktyorun qızı paylaşımı ilə izləyicilərini kövrəldib:

“Səndən doymadım. Ürəyimdəki ata-qız sevgisi heç bir zaman sönməyəcək. Bu gün sənin ad günündür. Sənin üçün çox darıxmışam. Səndən sonra atdığım bütün addımlarımda “atam belə məsləhət görərdi, atam olsa buna belə deyərdi” deyərək atmışam. Hər keçən gün sənə daha çox bənzəyirəm və bununla fəxr edirəm. Yoluma işıq  tutmağa davam et. Səni çox sevirəm”,- paylaşım edib.

Qeyd edək ki, Ferhan Şensoy aktrisa Derya Baykal ilə evli idi və bu evlilikdən iki qızları var.


 

# 2202
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar