Məşhur cütlük BOŞANIR : "Dost qalacağıq"
28 fevral 2023 10:47 (UTC +04:00)

Məşhur cütlük BOŞANIR: "Dost qalacağıq"

Aktrisa Buğra Gülsoy həyat yoldaşı Nilüfer Gürbüzlə ayrılmaq qərarına gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət kameralara tuş gəlməyən cütlüyün evliliklərində böhran yaşadığı üzə çıxıb.

2018-ci ildə nikah masasına oturan cütlüyün yaşadıqları fikir ayrılığının 5 illik evliliklərinə son qoyacağı öyrənilib.

Cem adlı oğlu olan Gülsoy və Gürbüz yaxın vaxtlarda boşanmaq üçün məhkəməyə müraciət edəcək. Buğra Gülsoy və Nilüfer Gürbüzün oğulları üçün dostluq münasibətini davam etdirəcəklərini bildirib.

# 1950
avatar

Fidan İlqar

Oxşar yazılar