Məşhur cütlük yenidən barışdı   - FOTO
30 may 2022 09:43 (UTC +04:00)

Məşhur cütlük yenidən barışdı - FOTO

Türkiyəli aktyor Berk Atan ayrıldığı “influencer” sevgilisi Selin Yağcıoğlu  ilə Nişantaşında əl-ələ görünüblər.

Lent.az xəbər verir ki, bir müddət əvvəl ayrılan cütlük münasibətlərinə yenidən şans verməyə qərarlıdır. 

Tez-tez küsüb barışan sevgililər keçən yay evlilik yolunda ilk addım  atmışdılar. Aktorun evlilik təklifinə “hə” cavabını verən Yağcıoğlu tək daş üzüyü ilə gündəmə gəlmişdi. Amma daha sonra ayrıldıqlarını sosial şəbəkə hesablarında açıqlamışdılar. 

Restoranların birinin çıxışında görünən cütlük “Dostlar, heç nə deməyə ehtiyac yoxdur. Xoşbəxtik. Tələsirik. Sonra danışarıq” deyərək yenidən birlikdə olduqlarını təsdiqləyiblər. 


 

# 4230
avatar

Sevinc Fərid

Oxşar yazılar