Hollivud ulduzu Cennifer Lopes Milan moda həftəsi çərçivəsində şəhərə səfəri zamanı təkcə geyimləri ilə deyil, onu müşayiət edən mühafizəçi ilə də diqqət çəkib. Sosial şəbəkələrdə onların münasibəti barədə müxtəlif iddialar yayılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə onların münasibəti barədə müxtəlif iddialar yayılıb.
Müğənni avtomobildən enərkən ətrafına çoxsaylı pərəstişkar toplaşıb. Mühafizəçi Lopesin izdihamın arasından təhlükəsiz keçməsinə kömək edib. İnsanların sayı artdıqda müğənni onun əlindən tutub və birlikdə ərazidən uzaqlaşıblar.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər mühafizəçinin xarici görünüşünə də maraq göstəriblər. Ağarmış saçları və idman quruluşuna görə ona “gümüşü tülkü” ləqəbi verilib.
Marağı artıran məqamlardan biri də Cennifer Lopesin daha sonra Milan səfərindən fotolar paylaşması olub. Həmin şəkillərin bir neçəsində eyni mühafizəçinin onun yanında olduğu görünür.
Bununla belə, Lopes həmin şəxslə münasibəti barədə heç bir açıqlama verməyib. Məlumata görə, sözügedən mühafizəçi Lopesin komandasında yeni deyil və daha əvvəl də onun müxtəlif səfərlərində, eləcə də ictimai tədbirlərdə yanında görüntülənib.
