Məşhur müğənni səsini itirdi
24 may 2023 11:08 (UTC +04:00)

Məşhur müğənni səsini itirdi

Əsl adı Levent Ak olan, lakin səhnələrə Ege təxəllüsü ilə çıxan 53 yaşlı tanınmış türk müğənnisi mərkəzi Kahramanmaraş olan böyük zəlzələdən sonra səsini itirdiyini bildirib.

Lent.az-ın xəbərinə görə, müğənni yaşadığı stress səbəbi ilə həm səsini itirdiyini, həm də bel və boyun fıtığı xəstəliyinə tutulduğunu bildirib.

“2 aydır müğənni Ajda Pekkanın həkimi ilə səs tellərimin müalicəsi ilə məşğulam. Həkimlər deyir psixoloji travmalar orqanizmimi çökdürüb. Uzun müddət bel və boyun ağrılarından da əziyyət çəkdim. Müalicələrim effekt verir. Yavaş - yavaş özümə gəlirəm”, deyə o bildirib.

# 1866
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar