Məşhur reperə 24 güllə  vuruldu
02 iyun 2022 18:33 (UTC +04:00)

Məşhur reperə 24 güllə vuruldu

Hindistanda 28 yaşlı reper Sidhu Muz Vala güllələnib.

Lent.az  xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. 

Məlumata görə, ifaçı avtomobil idarə edən zaman hücuma məruz qalıb. Bu zaman onunla maşında olan daha 2 nəfər də yaralanıb. 

Hadisədən dərhal sonra xəstəxanaya aparılsa da, reperi xilas etmək mümkün olmayıb. Mərhumun bədənindən 24 güllə çıxarılıb. 

Hadisə ilə bağlı 6 şübhəli saxlanılıb.

Qeyd edək ki, hindistanlı reper bu yaxınlarda evlənməyə hazırlaşırdı. 


 

# 2892
avatar

Sevinc Fərid

Oxşar yazılar