Məşhurlar sevgililəri ilə necə tanış olublar?
18 may 2023 11:56 (UTC +04:00)

Məşhurlar sevgililəri ilə necə tanış olublar?

"Kavak yelleri”, “Avrupa yakası” kimi seriallarla məşhurlaşan aktyor Sarp Apak 2017-ci ildə Bengisu Uzungöz ilə evlənib. O xanımı ilə sosial şəbəkədə tanış olub.

Aktyor Selahattin Paçalı xanımı Lara Tümer ilə aktyorluq kurslarında tanış olub. Lara gələcək ərinə aşiq olub, görən kimi “mən bu oğlana ərə gedəcəm” deyib.

Aparıcı Burcu Esmersoy nişanlısı Nazim Akmandil ilə təyyarədə tanış olub. “Boş təyyarədə bizə qoşa oturacaqlarda yer verilmişdi. Yatanda xoruldayıram deyə yatmadım ki, ayıb olmasın. Yol boyu söhbət edib tanış olduq.

Aktyor Sercan Yıldırım xanımı Nihan Yöneli dostunun kafesində görən kimi aşiq olub. Şəklini çəkib dostuna göndərib və “bu qızı tap, onunla evlənmək istəyirəm” deyib. 3 ay içində evləniblər.

Məşhur həkim Canan Karatay isə ərinə canlı yayımda eşq elan edib.”Yanımda olanda belə onun üçün darıxıram. Bizi ailələrimiz tanış edib”,- deyə o bildirib.


Aktrisa Yasemin Özilhanın iş adamı olan əri onu efirdə görüb, bəyənib, axtarıb, tapıb və evlənib.


 Beren Saatla Kənan Doğulu yeni il şənliyində tanışıb olublar. “Onu tandıqdan sonra ağlım başımdan uçdu, daha mən o mən olmadım”, deyə Kənan Doğulu bildirib.


 Pınar Altuğ və özündən 13 yaş kiçik əri Yağmur Atacan film çəkilişlərində tanış olublar.


 

# 2475
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar