Mətanət Əsədovanı kim zəhərləyib? - Xalq artistləri...
26 may 2023 13:12 (UTC +04:00)

Mətanət Əsədovanı kim zəhərləyib? - Xalq artistləri...

Hər zaman qalmaqallı açıqlamalar verən müğənni Mətanət Əsədova illər öncə qadın həmkarı tərəfindən zəhərləndiyini, bu səbəblə səsini itirdiyini iddia edib.

Lent.az-ın məlumatına görə, o, bu barədə qatıldığı şou proqramlardan birində danışıb. Müğənni bildirib ki, qonaq çağırıldığı evdə yeməyinə zəhər qatıblar. Bu hadisədən sonra səsi batıb.
“6 il efirlərə çıxa bilmədim. Hər şeyi qələmlə yazırdım. Gecə-gündüz ağlayıb, Allaha yalvarırdım ki, nəyimi əlimdən alırsansa al, amma səsimi mənə qaytar”.

Müğənni bildirib ki, onu gözü götürməyən sənətkarlar çox olub.

“Mənə qarşı nə edirdi, xalq artistləri edirdi. Efirlərə çıxmağa qoymurdular, adımı konsertlərdən çıxartdırırdılar. Elələri var ki, indi həyatda yoxdur, dünyalarını dəyişiblər. Kaş çoxdan öləydilər. Amma elələri də var ki, hələ də yaşayır. Nə deyib yaşayırsa, yaşayır da. Bəzən olur ki, “can” deyib, üzümə baxırlar”,- deyə o bildirib.
 

# 3807
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar