Müharibə bu məşhurları  AYIRDI
19 sentyabr 2022 19:46 (UTC +04:00)

Müharibə bu məşhurları AYIRDI

Ukraynalı müğənni Vera Brejneva əri, prodüser Konstantin Meladzedən ayrılıb.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Rusiyanın bəzi KİV-də məlumat yayılıb. 

Qeyd olunur ki, Rusiya ilə Ukrayna arasında müharibəyə başlayandan sonra ulduz həyat yoldaşlarının fikirləri kökündən fərqli olub. Xüsusilə, Meladze Rusiyada işləmək üçün qalıb, Brejneva isə Polşaya gedib və orada ukraynalı qaçqınlara kömək edib. O, həmçinin milyonluq auditoriyası ilə sosial şəbəkələrdə müharibə əleyhinə mövqeyini bölüşüb.

Bu ilin yayında ulduz cütlüyə yaxın mənbələr cütlüyün ayrılması ilə bağlı xəbərlər yaymağa başlayıb.

Qeyd edək ki, Brejneva 2015-ci ilin oktyabrında Meladze ilə ailə qurub.Onlar İtaliyada gizli toy ediblər.

# 3336
avatar

Oxşar yazılar