Müşviq Şahverdiyevi məhkəməyə verdilər  - Bakıdan gedib
12 yanvar 2023 10:21 (UTC +04:00)

Müşviq Şahverdiyevi məhkəməyə verdilər - Bakıdan gedib

Tanınmış aktyor Müşviq Şahverdiyev məhkəməyə verilib.

Lent.az xəbər verir ki, "Cinemazadeh" film şirkəti Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. 

“Cinemzadeh”in qaldırdığı iddiaya əsasən, aktyor film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib.

Məsələ ilə bağlı aktyorla əlaqə saxlamağa çalışsaq da, onun meneceri Lent.az-ın əməkdaşına bildirdi ki, hazırda Müşviq Şahverdiyev Bakıda deyil və məsələ barədə heç bir açıqlama vermək istəmir. 

Qeyd edək ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. 

Xatırladaq ki, məhkəmənin ilkin hazırlıq iclası yanvarın 11-də keçirilib. Növbəti iclas isə bu ayın 27-də baş tutacaq. 

# 54870
avatar

Nigar Namiq

Oxşar yazılar