Namiq Qaraçuxurlu 2023-ü bu ölkədə QARŞILADI
03 yanvar 2023 16:54 (UTC +04:00)

Namiq Qaraçuxurlu 2023-ü bu ölkədə QARŞILADI

Meyxanaçı Namiq Qaraçuxurlu Yeni ili İsraildə qarşılayıb.

Lent.az xəbər verir ki, bu barədə o, öz instaqram hesabında paylaşım edib.

Sənətçinin İsrailin Netanya şəhərinə səfərinin səbəbi konsert olub. Meyxanaçı İsraildən fotolarını paylaşaraq belə bir şərh yazıb:

"Salam əziz izləyicilərim. Gecikdiyim üçün üzrlü sayın. Bayramınız mübarək olsun. İnşallah 2023 hər birimizə uğurlu, düşərli olsun. Ötən illərdən dərs alaraq həmrəyliyimizi qoruyaq, mehriban, xoş niyyətli olaq. Vacib olan can sağlığımız yerində, xoşbəxtliyimiz daimi olsun" deyə, bildirib.

# 3591
avatar

Fidan İlqar

Oxşar yazılar