Nazilə Səfərli “bayquş”, “bambılı” deyərək kimi hədəfə aldı?
30 may 2023 10:31 (UTC +04:00)

Nazilə Səfərli “bayquş”, “bambılı” deyərək kimi hədəfə aldı?

Tanınmış tamada, şairə Nazilə Səfərli özlərini müğənnilərin prodüseri kimi təqdim edən bir neçə nəfəri hədəfə alıb.

Lent.az-ın məlumatına görə, canlı yayım açan şairə özünə prodüser axtardığını deyib.

“İstəyirəm, mənim paltarlarımı o seçib məni biabır eləsin, hara getsəm, orda pulla tutulmuş fanatlarım ağlayıb, özlərini məndən ötrü öldürsünlər, “ lezvalasınlar”, - deyə o kinayə ilə bildirib. 

Daha sonra şairə xanım qeyd edib ki, prodüserlik müğənnilikdən qat-qat üstün sənətdir: “Kimin pulu, bacarığı varsa müğənniyə pul buraxır, konsertlərini təşkil edir. Özü də qazanır, müğənni də. Yoxsa müğənninin dalına düşüb onun çantasını daşımır, ay bayquşlar, ay bambılılar”,


 

# 2295
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar