"Nə olursa, olsun xərçəngə qalib gələcəm" - 86 yaşlı aktyor
30 yanvar 2023 10:02 (UTC +04:00)

"Nə olursa, olsun xərçəngə qalib gələcəm" - 86 yaşlı aktyor

Türkiyəli məşhur aktyor Aydemir Akbaş ötən həftə xərçəng xəstəliyinə tutulduğunu öyrənib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 86 yaşlı aktyor səhhəti ilə bağlı yayılan mənfi xəbərlərə münasibət bildirib:

“Hamı zəng edir, yaxınlarım maraqlanır. Əhval-ruhiyyəm yaxşıdır. 10 il əvvəl qırtlaq xərçənginə tutuldum və sağ qaldım. Belə bir həssas vəziyyətdə "o öldü" və ya "reanimasiyadadır" kimi xəbərlər yazmayın. Yaxın günlərdə mənə kimyaterapiya ediləcək. Mən yaxşıyam və ayaqdayam. Nə olursa, olsun bu xəstəliyə qalib gələcəm”.

# 2169
avatar

Arzu Qurbanlı

Oxşar yazılar