Nigar Şabanova  keçmiş qalmaqalla   yenidən gündəmə gəldi - VİDEO
10 mart 2023 15:25 (UTC +04:00)

Nigar Şabanova keçmiş qalmaqalla yenidən gündəmə gəldi - VİDEO

Əməkdar artist Nigar Şabanova bir vaxtlar qalmaqal yaşadığı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı barədə danışıb. 

Lent.az xəbər verir ki, o, "Səhər mərkəzi" verilişində bu barədə bir neçə məqama toxunub. 

İfaçı deyib ki, xoşagəlməz nüanslar olduğuna görə teatrdan birdəfəlik ayrılıb və bir daha geri qayıtmaq niyyətində deyil:

"Məsələ çox böyümüşdü. İstəmirəm danışmaq. Xoşagəlməz nüanslar oldu. Operaları da, muğamları da, xanəndəlikləri də sağlıqlarına qismət olsun. Ondan sonra çox küsdüm. Təbii ki, muğamdan küsə bilmərəm, nə qazanmışamsa, dünyanın yarısını gəzmişəmsə, böyük səhnələrə çıxmışamsa, o da muğam sayəsindədir".

"Amma “dayan” dedim. Çünki savaşmaq istəmədim. Mübarizə aparsam, başım ona qarşıacaqdı, sənət unudulacaqdı. Bilirlər ki, Nigar necə xanəndədir. Müsabiqələrdə iştirak edənlər dəfələrlə eyni ladda muğam oxuyublar. Nigar elə dəstgahlar ifa edib ki, hər xanəndənin cəsarəti deyil ki, səsi ora çatdırsın. Xanəndələr də Nigarın səsini yaxşı bilirlər. Sağ olsunlar, elə küsdürdülər ki... Amma çağırsalar, getmərəm. Operaya qayıtmaram”, - Nigar söyləyib.

Məsələ barəsində teatrın mətbuat katibi Şükufə Ağamirzəyeva ilə əlaqə saxladıq. O, Lent.az-a açıqlamasında bildirib ki, bu məsələnin açılmasının qəti əleyhinədir:

"Bir neçə il əvvəl olan qalmaqal niyə açılmalıdır ki? Nigar Şabanovaya lazımi cavab verilib. O, heç vaxt teatrın səhnəsində çıxış etməyib. Onun teatrımıza heç bir aidiyyatı ola da bilməz. Ümumiyyətlə, bu məsələnin açılmasa, yaxşıdır".

Xatırladaq ki, 2019-cu ildə Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edib. İfaçı deyib ki, "Leyli və Məcnun” operasında Leyli obrazını oynamaq üçün ondan 4 min manat pul istənilib. Üstəlik də, Opera və Balet Teatrının kassasına min manat pul ödəməsi tələb edilib.

Lakin teatrın direktoru Akif Məlikov xanəndənin sözlərini təkzib etmişdi. 

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı bundan əvvəl də dəfələrlə qalmaqal yaşanıb. 

Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı barədə danışır

# 5208
avatar

Nigar Namiq

Oxşar yazılar