Özcan Deniz ikinci dəfə ata olur
08 sentyabr 2023 11:47 (UTC +04:00)

Özcan Deniz ikinci dəfə ata olur

Türkiyənin məşhur müğənnisi və aktyoru Özcan Deniz ikinci dəfə ata olacağı bilinib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Özcan Dəniz axtardığı sevgini iranlı modelyer Samar Dadgarda tapıb. Bu yaxınlarda məşhur cütlüyün bir paylaşımı çaşqınlıq yaradıb. Modelyerin fotoya əlavə etdiyi ailə emojisi körpə iddiasını ağıllara salıb. Həmin iddiaların doğru olduğu ortaya çıxıb. Yeni evlənən cütlükdən şad xəbər gəlib. Hamiləlik iddiaları doğru çıxıb.

Qeyd edək ki, Özcan Deniz Feyza Aktanla olan evliliyini 26 iyun 2019-cu ildə bitirib. Onların bu evlilkdən bir oğlu dünyaya gəlib.

# 4470
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar