Rihannanın sevgilisini 4 il  HƏBS   gözləyir?
16 mart 2023 13:27 (UTC +04:00)

Rihannanın sevgilisini 4 il HƏBS gözləyir?

Məşhur müğənni Rihannanın sevgilisi, tanınmış repçi ASAP Rocky barədə şok iddia yayılıb.

Lent.az xəbər verir ki, 2021-ci ildə keçmiş dostu, həmkarı ASAP Rellini güllələməkdə ittiham olunan repçi məhkəmə qarşısına çıxacaq.

Məlumata görə, ASAP Rocky ləqəbi ilə tanınan Rakhim Atelaston Myers martın 14-də Los-Anceles şəhər cinayət məhkəməsində iştirak etməli idi. Lakin repçi məhkəməyə gəlməyib. 

Məhkəmənin vaxtı uzadılıb. Bildirilir ki, repçi təqsirli bilinərsə, onu dörd ilə qədər həbs cəzası gözləyir. 

# 2283
avatar

Nigar Namiq

Oxşar yazılar