Şakira Pikeyə söz atdı:  “YENİ KÖRPƏNİZƏ DE Kİ...”
24 fevral 2023 22:07 (UTC +04:00)

Şakira Pikeyə söz atdı: “YENİ KÖRPƏNİZƏ DE Kİ...”

Şakira Jerar Pikedən ayrıldıqdan sonra növbəti mahnısını təqdim edib.

Lent.az xəbər verir ki, “TQG - Te Quedo Grande – Şakira” adlı treki 46 yaşlı kolumbiyalı müğənni həmyerlisi Karol G ilə birlikdə səsləndirib. 

Tamamilə ayrılıq mövzusuna həsr olunan mahnıda Şakira keçmiş sevgilisi Pikeyə “atmaca”lar yollamağı unutmayıb.

Yaşadıqlarını unutduğunu və xoşbəxt olduğunu deyən müğənni futbolçuya ismarışında deyir: “Bala, nə olub? Aşiq deyilsən? Səhvləri təkrarlamadığımı bilirsənsə, niyə yenə məni axtarırsan? Yeni körpənizə de ki, mən kişilər üçün döyüşmürəm”.

Bu, Şakiranın Pikedən ayrıldıqdan sonra oxuduğu ikinci mahnıdır. Böyük səs-küyə səbəb olan ilk trekdə müğənni  “Barselona”nın keçmiş futbolçusunun xəyanətinə “Ferrari”ni “Twingo”ya, “Rolex”i “Casio”ya dəyişdin” deyə münasibət bildirmişdi.

Qeyd edək ki, Şakira və Pike 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. Futbolçunun müğənnini aldatdığı bildirilirdi.

# 11916
avatar

Oxşar yazılar