"Sənətçilər  arxamdan itələdi ki..."   - Roza Zərgərli -  VİDEO
17 mart 2023 18:10 (UTC +04:00)

"Sənətçilər arxamdan itələdi ki..." - Roza Zərgərli - VİDEO

Sosial şəbəkədəki paylaşımlarına görə tez-tez müzakirə olunan müğənni Roza Zərgərli bu dəfə açıqlaması ilə diqqət çəkib. 

Lent.az-ın məlumatına görə, o, “Şou-Mall” verilişində qonaq olarkən, Xalq artisti Polad Bülbüloğlu ilə rəqs etməsi barədə danışıb.

Onun fikrincə, Polad Bülbüloğlu çıxış edən zaman onun səhnəsinə girmək tərbiyəsizlikdir: 

"O, oxuyanda mən kulisdə oynayırdım. Bütün xalq artistləri, görkəmli sənətkarlar arxamdan itələdi ki, səhnəyə çıx. Yoxsa, mən səhnəyə çıxmağa utanardım. Sənətkardır, onun səhnəsinə girmək tərbiyəsizlikdir. Yəni mən elə sayıram. Amma hərə bir tərəfdən dedi, çıxdım. O da məni gördü, bildi ki, elə addım atmaram. Ziyafətdə də çox gözəl sözlər dedi, çox fəxr etdi.

Bu, mənim üçün ən böyük tərifdir. O, mənim üçün ən böyük şöhrət idi. Çünki uşaqlıqdan pərəstişkarı olmuşam. Bundan başqa, dahi Bülbülün yadigarıdır. Ona toxunmaq, salamlaşmaq, bir foto çəkdirmək əbədi bir yadigardır”.

Qeyd edək ki, Roza Zərgərli Qazaxıstanda TÜRKSOY-un keçirdiyi konsert zamanı Xalq artisti Polad Bülbüloğlu ilə birgə rəqs etmişdi.

 

Roza Zərgərli Xalq artisti Polad Bülbüloğlu ilə rəqs etməyindən danışdı

# 3597
avatar

Nigar Namiq

Oxşar yazılar