Sənətçilərin son günlər səhnədə yaşadığı AĞILAGƏLMƏZ HADİSƏLƏR
31 avqust 2022 19:56 (UTC +04:00)

Sənətçilərin son günlər səhnədə yaşadığı AĞILAGƏLMƏZ HADİSƏLƏR

Ötən həftələrin birində repçi Murdaya səhnədə pul atılması ifaçını xeyli qəzəbləndirmişdi.

“Kasıb görünürük sənə? Rəqqasəyik? O pulun 200 qatını üzünə ataram”, deyən Murdanın sözləri sosial mediada qızğın müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, oxşar hadisə müğənni Ece Seçkin və repçi Sefonun da başına gəlib. 

Belə ki, Ece Seçkinə konsert verərkən “TikTok”da qəribə trend üçün səhnəyə atılan mobil telefon ifaçının üzünə dəyib. Nəticədə o, yüngül xəsarət alaraq yaralanıb. Həmin an məşhur müğənni “Dostlar, telefonu niyə səhnəyə atırsınız? Vermirəm, artıq mənimdir” deyə reaksiya verib. Daha sonra E. Seçkin “Xoşbəxt oldunuz indi? Qulağımı yaralamağına dəyərdi? Bir dənə video üçün dəyərdi buna? Telefonu atanın adından hamınızdan üzr istəyirəm, qulağıma buz qoydurmalıyam”, deyib əsəbiləşərək səhnəni tərk edib. 

Ece boynundan aldığı yaranın fotosunu sosial şəbəkə hesabında paylaşaraq bu cür trendlərdən o ki var şikayətlənib:

“Bu qədər çox əyləndiyi üçün səhnəyə telefon atan dostum, mesajım sənədir: Dəyərmi? O videonu ilk kim çəkib bilmirəm, amma, həqiqətən, bərbad bir trend başladılıb. Konsertdə onsuz da onlarla polis, mühafizəçilərlə qorunuruq. Amma heç kim sizing 10 metrdən sürətlə atdığınız telefonlarınızdan cəld deyil. Bu axşam o reflekslə sağ qolumu qaldırmasaydım, gözüm çıxmışdı”. 

Bundan başqa, ötən günlərin birində repçi Sefonun dicey Doğukan Mançonun müşayiəti ilə verdiyi konsertdə daha bir olay yaşanıb. Konsertdə rənglərdən istifadə edilib və bir paket rəng səhnədəki Sefoya doğru atılıb. Buna reaksiya olaraq ifaçı “Mənə boya atmayın, üzümə, gözümə dolur və diqqətimi yayındırır. Yoxsa, səhnənin önünə gəlmərəm, sizdən uzaq olaram” deyə tamaşaçılara xəbərdarlıq edib.  

# 3561
avatar

Nigar Namiq

Oxşar yazılar

Hollivud filmləri  tamaşaçıları aldatdığına görə tənqid edildi

Hollivud filmləri tamaşaçıları aldatdığına görə tənqid edildi

25 aprel 2024 , 13:48
“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

25 aprel 2024 , 12:31
Şəbnəm Tapdıq alman sevgilisindən  danışdı

Şəbnəm Tapdıq alman sevgilisindən danışdı

25 aprel 2024 , 10:52
Məşhur aktyor Hollivuda  qayıtmayacağını   bildirdi

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

24 aprel 2024 , 20:49
Gənc reperə ölüm hökmü  verildi

Gənc reperə ölüm hökmü verildi

24 aprel 2024 , 18:01
Qocalar evində qalan Alen Delonun son fotosu

Qocalar evində qalan Alen Delonun son fotosu

24 aprel 2024 , 16:33
Bahar həmkarına QARĞIŞ ETDİ

Bahar həmkarına QARĞIŞ ETDİ

24 aprel 2024 , 15:49
Elza Seyidcahan nəvəsinin ad günündə fata taxdı - FOTO

Elza Seyidcahan nəvəsinin ad günündə fata taxdı - FOTO

24 aprel 2024 , 13:37