Tanınmış müğənnidən ETİRAF : "Qumar oynayıram"
21 iyul 2022 12:58 (UTC +04:00)

Tanınmış müğənnidən ETİRAF: "Qumar oynayıram"

Türkiyənin məşhur müğənnisi Aleyna Tilki müzakirələrə səbəb olacaq açıqlaması ilə gündəmə gəlib.

Lent.az xəbər verir ki, 22 yaşlı müğənni hərdən qumar oynadığını etiraf edib:

"Kiprdə limitli miqdarda qumar oynamağı sevirəm. Özümə limit qoyuram ki, müəyyən qədər oynayacağam və ondan o tərəfə oynamıram".

İfaçının bu etirafından sonra sosial media istifadəçiləri Serdar Ortaçın da bu yolu keçdiyini, hətta "yeni Serdar Ortaç" olduğunu deyiblər.

Qeyd edək ki, "O sen olsan bari", "Cevapsız çınlama", "Dipsiz kuyum" və s. kimi mahnıların ifaçısıdır.  

 

Aleyna Tilki qumar oynadığını etiraf edib

# 4719
avatar

Nigar Namiq

Oxşar yazılar