Tanınmış sənətçi zəlzələdən zərərçəkənlərə mahnı bəstələdi
02 mart 2023 12:46 (UTC +04:00)

Tanınmış sənətçi zəlzələdən zərərçəkənlərə mahnı bəstələdi

Tanınmış müğənni Lütfü Boşnak Türkiyədə zəlzələdən zərərçəkən insanlar üçün bəstələdiyi mahnı ilə gündəmə gəlib.

Lent.az xəbər verir ki, tunisli müğənni Tunis Mədəniyyət Nazirliyinin Türkiyə və Suriyadakı zəlzələlərdən zərərçəkənlər üçün təşkil olunan konsertdə çıxış edib.

O, orada "Tək bədən: Dağıntılar altındakılara məktub" mahnısını səsləndirib. Konsertdən sonra L. Boşnak deyib ki, baş verən hadisələr onu dərindən sarsıdıb və bununla əlaqədar iki mahnı bəstələyib.

Lütfü Boşnak onu da qeyd edib ki, insanlara dəstək olmaq üçün bir çox şəhərdə konsert proqramları ilə çıxış edəcək.

# 1704
avatar

Nigar Namiq

Oxşar yazılar