Tolik: "Damlanı arvad simalı stilistlər pis günə qoyurlar" -  VİDEO
29 avqust 2022 10:51 (UTC +04:00)

Tolik: "Damlanı arvad simalı stilistlər pis günə qoyurlar" - VİDEO

Müğənni Damla avqustun 28-də verdiyi konsertdəki səhnə geyimi ilə yenidən diqqət çəkib. 

Lent.az xəbər verir ki, müğənni qara bot, qısa köynək və şort-şalvarda səhnəyə çıxıb. 

Konserti anşlaqlı keçsə də, izləyicilər uğursuz geyim seçdiyini vurğulayıblar. Onlar "stilisti dəyişmək lazımdır", "alınmır ki, alınmır, bərbad geyimdir", "keçən dəfə paltarın yarığı yuxarıda idi, bu dəfə aşağıdadır", "heçmi güzgüdə baxıb yaraşdırmadın özünə" və bu kimi bir çox oxşar şərh yazıblar. 

Aparıcı Tolik (Tarix Əliyev) də deyib ki, Damla yalnız ya geyimi, ya da hansısa epizodu ilə gündəm olur:

"Bu geyim Damlanın bədən quruluşuna uyğun deyil. Yaxşı qızdır, həm safdır, həm ağıllıdır, həm də biclik edir. Bilir ki, belə geyinsə, hamı yazacaq. Konsert kiməsə maraqlı olmayacaq. bir də öz aləmində kişicik olan stilistlər, özləri qadın geyimi geyinirlər. onu da belə geyindiriblər ki, sən CeyLosan. Amma demirlər ki, CeyLo bunu daşıya bilir. Yazıq Damlanı arvad simalı stilistlər pis günə qoyurlar.

Damla pul buraxır, gözəl kliplər çəkir, amma işləri gündəm olmur. Bu da müğənninin ən böyük uğursuzluğudur. Gərək müğənninin klipi də, hər layihəsi də gündəm olsun. Geyimləri də zövqsüz: biri var brend ola, biri də var CeyLo-nun "kitayski poddelka"sı ". 

Qeyd edək ki, müğənni Damla hər dəfə səhnə geyimlərini tənqid edənlərə reaksiya bildirmir.

Damlanın bu səhnə geyimi də tənqid olundu

# 13206
avatar

Nigar Namiq

Oxşar yazılar