"Üstümdə nəyim var, hamısı orijinaldır” - Əflatun Qubadov
06 iyun 2023 11:49 (UTC +04:00)

"Üstümdə nəyim var, hamısı orijinaldır” - Əflatun Qubadov

Müğənni Əflatun Qubadov qatıldığı şou-proqramlardan birində maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, müğənni saçlarını boyayıb-boyamaması barədə suala maraqlı cavab verib.

“Üstümdə nəyim var orijinaldır. Ömründə saçıma boya dəyməyib. 55 yaşıma girmişəm, başımdan nə bir tük düşüb, nə də saçımda ağ tellərim var”, -  müğənni qeyd edib.

O əlavə edib ki, kosmetik prosedurlar edənləri, saçlarını boyadanları qınamır, lakin bunu özünə yaraşdırmır .

“Bəziləri parik taxır, bəziləri saç əkdirir. Kim edirsə özü bilər. Mənə yaraşmaz, mən heç vaxt eləmərəm”, - o vurğulayıb. 

# 2778
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar