İlhamə Quliyeva Məleykə Əsədovanı bağışladı
09 aprel 2013 14:01 (UTC +04:00)

İlhamə Quliyeva Məleykə Əsədovanı bağışladı

 

Xalq artisti İlhamə Quliyeva xalq artisti Məleykə Əsədovanı bağışlayıb. İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva anspress-ə xalq artisti Məleykə Əsədovaya qarşı qaldırdığı iddianı geri götürəcəklərini bildirib: "İlhamə xanım Məleykə Əsədova ilə bağlı DİN-ə ünvanladığı şikayət ərizəsini geri götürəcək. Artıq vəkil olaraq İlhamə Quliyevadan bu tapşırığı almışam. Şikayətin geri götürülməsi barədə ərizəni mən yazacam".
 


İ.Quliyevanın mətbuat katibi və hüquqi nümayəndəsi Faiq Ələkbərli isə bunları deyib: "İlhamə xanım Məleykə Əsədovaya qarşı qaldırdığı iddiasını geri götürür. Çünki Məleykə ağıllı xanımdır. Nazpəri Dostəliyevaya gəlincə isə biz məsələdə axıra qədər gedəcəyik".

F.Ələkbərli Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddiadan da danışıb: "Bugünkü məhkəmə iclası əslində hazırlıq məhkəməsi idi. Biz uduzmamışıq, sadəcə ərizə tutarlı yazılmayıb və N.Dostəliyevanın vəkilləri İlhamə xanımın şikayət ərizəsinin Yasamal Rayon Məhkəməsinə ünvanlanmadığını əsas gətirdiklərindən hakim iddianı təmin etmədi". 

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva DİN-ə ünvanladığı eyni ərizədə xalq artistləri Nazpəri Dostəliyeva və Məleykə Əsədovadan şikayət etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2789

Oxşar yazılar